AZAL təyyarəsinin qəzaya uğramasından öncə çəkilən VİDEO

12:12 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsindən yeni görüntülər yayılıb.

Hafta.az xəbər verir ki, təyyarə qəzasında həyatını itirən Rəşid Qıstarov hadisədən öncə lentə aldığı görüntünü mərhumun oğlu Abbas Qıstarov paylaşıb.

O bildirib ki, iki gün əvvəl atasının telefonunu əldə edib. Bu görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.